“Qarabağ” futbol klubunun hazırlıq planı dəqiqləşib

22 Dekabr 2017 14:14

Xəbər 1157 dəfə oxunub

Ağdamın “Qarabağ” futbol klubunun qış hazırlıq planı dəqiqləşib.Azərtac kluba istinadla xəbər verir ki, Ağdam təmsilçisi yanvarın 9-da bir araya gələrək Türkiyəyə yollanacaq. Antalyada keçiriləcək təlim-məşq toplanışı fevralın 4-dək davam edəcək. Komandamız toplanış zamanı 6 yoxlama oyunu keçirməyi planlaşdırır.“Qarabağ”ın artıq 3 rəqibi və bu oyunların keçiriləcəyi vaxt məlum olub. Komandamız yanvarın 20-də Polşanın “Lexiya”, beş gün sonra Ukraynanın “Mariopol” və fevralın 3-də isə Monteneqronun “Mladost” komandası ilə qarşılaşacaq.xeber100.com