Həndbol Federasiyasının məlumatına görə…

22 Dekabr 2017 14:16

Xəbər 886 dəfə oxunub

Azərbaycanın həndbol hakimləri beynəlxalq oyunlara təyinat alıblar.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildiriblər ki, Vaqif Əliyev və Ələkbər Ağakişiyev 2019-cu ildə təşkil ediləcək dünya çempionatının seçmə mərhələsinin oyunları çərçivəsində keçiriləcək Slovakiya-Finlandiya görüşünü idarə edəcəklər. Matç gələn il yanvarın 7-də Slovakiyanın Povazska Bıstritsa şəhərində oynanılacaq.Təcrübəli referimiz İsgəndər Əsgərov isə dünya çempionatının seçmə mərhələsi çərçivəsində yanvarın 13-də keçiriləcək Rusiya-Finlandiya oyununda Avropa Həndbol Federasiyasının (EHF) nümayəndəsi olacaq.xeber100.com