Şahmat və blits üzrə dünya çempionatları keçiriləcək

25 Dekabr 2017 14:17

Xəbər 826 dəfə oxunub

Dekabrın 26-dan 30-dək Səudiyyə Ərəbistanın paytaxtında sürətli şahmat və blits üzrə dünya çempionatları (King Salman World Rapid və Blitz Chess Championships) keçiriləcək. Keçən il olduğu kimi, bu il də yarışlar kişi şahmatçılar və qadın şahmatçılar arasında eyni vaxtda təşkil ediləcək.Azərtac xəbər verir ki, turnirin mükafat fondu 2 milyon dollardır. Bu məbləğin 1,25 milyon dolları kişi şahmatçıların, 750 min dolları qadın şahmatçıların yarışına aiddir.Bir çox məşhur qrossmeysterlər, o cümlədən dünya çempionları Maqnus Karlsen (klassik), Vasili İvançuk (rapid) və Sergey Karyakin (blits) yarışda iştirak edəcəklərini təsdiqləyiblər. Azərbaycanı çempionatda beynəlxalq dərəcəli qrossmeyster Şəhriyar Məmmədyarov təmsil edəcək.Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl Səudun adını daşıyan dünya çempionatında rapid üzrə yarışlar dekabrın 26-dan 28-dək olacaq. On beş turdan ibarət bu yarışlar İsveçrə sistemi üzrə keçiriləcək. Blits üzrə çempionat dekabrın 29-30-da keçiriləcək və 11 qoşa turdan ibarət olacaq.Açıq yarışlarda 250-dən çox kişi şahmatçı, 150 qadın şahmatçı iştirak edəcək.xeber100.com