Türkiyə Super Liqasında XVII turun növbəti oyunları keçirilib

25 Dekabr 2017 14:42

Xəbər 903 dəfə oxunub

Dekabrın 24-də futbol üzrə Türkiyə Super Liqasında XVII turun növbəti oyunları keçirilib.Azərtac xəbər verir ki, “Kayserispor” səfərdə “Malatyaspor”a 0:1 hesabı ilə məğlub olub, “Karabükspor”-“Trabzonspor” oyunu isə heç-heçə yekunlaşıb – 1:1.Turnir cədvəlinin lideri “Başakşehir” isə səfərdə “Kasımpaşa”ya 2:1 hesabı ilə qalib gəlib.Turun ən çox maraq doğuran görüşü isə “Qalatasaray”-“Göztepe” matçı olub. Yenidən “Qalatasaray”ın sükanı arxasına keçən Fatih Terimin rəhbərliyi ilə İstanbul təmsilçisi 3:1 hesablı qələbə qazanıb.Qeyd edək ki, bu, məşhur məşqçinin “Qalatasaray”a 4-cü qayıdışıdır. Daha əvvəl 1996-2000-ci il, 2002-2004-cü və 2011-2013-cü illərdə İstanbul klubuna rəhbərlik etmiş Fatih Terim 2000-ci ildə “sarı-qırmızılar”la UEFA Kubokunu qazanıb.XVII tura dekabrın 25-də keçiriləcək “Osmanlıspor”-“Akhisarspor” matçı ilə yekun vurulacaq.“Başakşehir” 36 xalla turnir cədvəlinin lideridir. “Qalatasaray” 35 xalla ikinci, “Fənərbağça” isə 33 xalla üçüncü pillədə qərarlaşıb.xeber100.com