“Sumqayıt” futbol klubu təlim-məşq toplanışı keçəcək

26 Dekabr 2017 13:54

Xəbər 1097 dəfə oxunub

TOPAZ Premyer Liqa təmsilçisi “Sumqayıt” futbol klubu yanvarın 21-də Türkiyəyə yollanacaq, fevralın 4-dək Antalya bölgəsində təlim-məşq toplanışı keçəcək. Komanda bu müddətdə 4 yoxlama görüşündə qüvvəsini sınayacaq. Artıq sumqayıtlıların yanvarın 31-də Rusiyanın “Anji” komandası ilə qarşılaşacağı dəqiqləşib.Futbol klubunun mətbuat xidmətindən Azərtac–a bildirilib ki, digər üç oyunun vaxtı bilinməsə də, rəqiblərdən daha ikisi məlumdur. Bunlar Makedoniya çempionatının II liqasında çıxış edən, tanınmış futbolçu Qoran Pandevin sahibi olduğu “Akademiya Pandev” və Serbiya Super Liqasından “Mladost”dur.Qeyd edək ki, yanvarın 20-dək Sumqayıtda hazırlıq keçəcək komandanın “Səbail” ilə yoxlama matçı da nəzərdə tutulub. Ayın 18-də keçiriləcək qarşılaşmanın yeri və saatı dəqiqləşməyib.“Sumqayıt” qış fasiləsinə 20 xalla 4-cü pillədə yollanıb.xeber100.com