“Qəbələ” idman klubu yeni müqaviləyə imza atıb

26 Dekabr 2017 14:00

Xəbər 841 dəfə oxunub

Azərbaycanın və “Qəbələ” idman klubunun MMA döyüşlərindəki təmsilçisi Nəriman Abbasov yeni müqaviləyə imza atıb.Azərtac kluba istinadla xəbər verir ki, idmançı “Fight Night”la anlaşma imzalayıb. Müqaviləyə əsasən, yüngül çəkidə mübarizə aparacaq 23 yaşlı təmsilçimiz təşkilatın keçirdiyi 6 döyüşdə qüvvəsini sınayacaq.Peşəkar karyerasına 2013-cü ildə başlayan N.Abbasov indiyədək 20 döyüş keçirib. On yeddi qələbə qazanıb, 3 dəfə uduzan döyüşçümüz 6 rəqibinə nokautla qalib gəlib. 2016-cı ilin fevralında “Fight Night” çərçivəsində debüt edən Nəriman burada keçirdiyi 5 qarşılaşmadan dördündə qələbə qazanıb.xeber100.com