Futbol üzrə növbəti yoldaşlıq oyunu keçirilib

26 Dekabr 2017 15:08

Xəbər 874 dəfə oxunub

Dubayda təlim-məşq toplanışını davam etdirən futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin müvafiq yaş qrupundan ibarət yığma komandası ilə növbəti yoldaşlıq oyunu keçirib.Azərtac AFFA-ya istinadla xəbər verir ki, millimizin 4:0 hesablı qələbəsi ilə başa çatan oyunda qolları Nigar Mirzəliyeva, Melis Ersoy, Alina Nəhmədova və Aslan Beyzanur vurublar.Qeyd edək ki, yığmamız Birləşmiş Ərəb Əmirlikləri millisi ilə keçirdiyi əvvəlki yoldaşlıq oyunlarında 2:0 və 3:0 hesablı qələbə qazanıb.xeber100.com