Azərbaycanda həvəskarlar arasında futbol üzrə 8×8 formatında fəaliyyət göstərən Bakı Futbol Liqası (BFL) xeyriyyə kampaniyaları keçirməkdə davam edir.BFL-dən Azərtac-a bildiriblər ki, Yeni il ərəfəsində liqa valideyn himayəsindən məhrum uşaqları unutmayıb. Bayram əhval-ruhiyyəli XII tura “SOS uşaq kəndləri”nin balacaları dəvət edilib. Uşaqlara əvvəlcə yemək süfrəsi açılıb, sonra həm həvəskar futbolçuların, həm də uşaqların unutmayacağı oyunlara start verilib. “Kristal R&R” – “AtaBank” oyununda komandalar Bakı Futbol Liqasının bu addımını alqışlayıblar. Futbolçular üzərində “Uşaqlar bizim gələcəyimizdir!” adlı yazılı plakat açaraq dəstəklərini nümayiş etdiriblər.Sonra Bakı Futbol Liqası və “AtaBank” adından uşaqlara hədiyyələr təqdim olunub. Rəmzi olaraq mərkəzdən topa ilk toxunuşu BFL-in balaca qonaqlarından biri edib.Oyunla bağlı fikirlərini bölüşən “SOS uşaq kəndləri”nin ailə əsaslı qayğı üzrə əlaqələndiricisi Seyfəddin Ağaməmmədov belə layihələrin əhəmiyyətini yüksək qiymətləndirib.Qeyd edək ki, XII turun yekununda liqanın şəriksiz lideri 30 xalla “İdman Azərbaycan” komandasıdır. Onu “Beerbaşa” və “Bakı FK” komandaları izləyir. Liqanın növbəti turu yanvarın 7-də start götürəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…