“Globe Soccer Awards”ın mükafatçılarını müəyyən ediblər

29 Dekabr 2017 14:35

Xəbər 842 dəfə oxunub

Avropa Klubları Assosiasiyası (ECA) və Avropa Futbol Agentləri Assosiasiyası (EFAA) başa çatan ilin yekunlarına görə, “Globe Soccer Awards”ın mükafatçılarını müəyyən ediblər.Azərtac xəbər verir ki, “Real” klubunun hücumçusu Kriştianu Ronaldo ən yaxşı futbolçu mükafatına, “Real” isə ən yaxşı klub adına layiq görülüb.Ən yaxşı məşqçi adını Zinəddin Zidan (“Real”) qazanıb. Liqalar arasında İspaniya çempionatı ən yaxşısı seçilib.Karles Puyol və Françesko Totti xüsusi rəğbət mükafatını qazanıblar.xeber100.com