“Real” klubunun hücumçusu ən yaxşı idmançı adına layiq görülüb

29 Dekabr 2017 14:38

Xəbər 761 dəfə oxunub

“Real” futbol klubunun hücumçusu Kriştianu Ronaldu 2017-ci ildə Avropanın ən yaxşı idmançısı adına layiq görülüb.Azərtac xəbər verir ki, 32 yaşlı futbolçu 26 beynəlxalq informasiya agentliyinin sorğusunda birinci yeri tutub.Portuqaliyalı futbolçu səsvermədə Formula-1 üzrə dünya çempionu Luis Hamiltona, həmçinin tennisçilər Rocer Federer və Rafael Nadala qalib gəlib.Ronaldu bu mükafatı ikinci ildir ki, ardıcıl əldə edəcək.xeber100.com