Həndbol Federasiyasının məlumatına görə…

29 Dekabr 2017 14:52

Xəbər 957 dəfə oxunub

Azərbaycanın qadın həndbolçulardan ibarət “Azəryol” klubunun “Çağırış Kuboku” uğrunda yarışlarda İsveçin “Kristianstad” komandası ilə qarşılaşacağı vaxt müəyyənləşib.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildirilib ki, komandalar arasında dörddəbir final mərhələsi uğrunda görüşlərin fevralın 2-də və 3-də Bakıda keçirilməsi nəzərdə tutulub.Qonaqlar ilk qarşılaşmada nominal ev sahibi kimi çıxış edəcəklər.xeber100.com