Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışı çərçivəsində

6 Yanvar 2018 22:33

Xəbər 768 dəfə oxunub

Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, yığmamız Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışı çərçivəsində ilk matçına yanvarın 30-da çıxacaq.2018-ci ilin ilk qarşılaşmasındakı rəqib Moldova millisi olacaq. Bu, yığmamızın yeni baş məşqçisi Qurban Qurbanovun postunda debüt matçı kimi tarixə düşəcək.Qeyd edək ki, millimizin Antalyadakı digər oyunu xeyli əvvəldən dəqiqləşmişdi. Qurbanovun yetirmələri fevralın 2-də Gürcüstan yığması ilə qarşılaşacaq.xeber100.com