İran, İspaniya və Mərakeş yığmaları ilə qarşılaşma…

20 May 2016 12:39

Xəbər 609 dəfə oxunub

Futzal üzrə dünya çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib.AFFA-dan  Azərtac-a bildiriblər ki, Kolumbiyanın Medellin şəhərində keçirilmiş püşkün nəticəsində Azərbaycan millisinin İran, İspaniya və Mərakeş yığmaları ilə birgə “F” qrupunda mübarizə aparacağı bəlli olub. Futzal üzrə dünya çempionatının final mərhələsi bu il sentyabrın 10-dan oktyabrın 1-dək Kolumbiyanın Kali, Medellin və Bukaramanqa şəhərlərində keçiriləcək.xeber100.com