U-21 millimiz daha bir yoldaşlıq oyunu keçirəcək

12 Yanvar 2018 15:08

Xəbər 711 dəfə oxunub

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi Antalya toplanışı çərçivəsində daha bir yoldaşlıq oyunu keçirəcək.Azərtac AFFA-nın saytına istinadən xəbər verir ki, yığmamız yanvarın 16-da, Bakı vaxtı ilə saat 17:00-da “Alanyaspor”un U-21 komandası ilə qarşılaşacaq.Qeyd edək ki, U-21 yanvarın 21-də və 26-da Albaniyanın, ayın 23-də isə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığma komandası ilə yoldaşlıq oyunları keçirəcək. Hər üç qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.xeber100.com