Kral Kubokunda 1/4 final mərhələsinin püşkü atılıb

13 Yanvar 2018 19:06

Xəbər 787 dəfə oxunub

İspaniya Kral Kubokunda 1/4 final mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, yarımfinal öncəsi 2 derbi baş tutacaq.Belə ki, Madrid derbisində “Leqanes”lə “Real” üz-üzə gələcəksə, “Espanyol”la “Barselona” Kataloniya derbisində münasibətlərinə aydınlıq gətirəcəklər. “Valensiya” bu mərhələdə “Alaves”i sınağa çəkəcək. Ən çox diqqət çəkən qarşılaşma isə “Atletiko” ilə “Sevilya” arasında baş tutacaq.Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları yanvarın 17-də və 24-də keçiriləcək.xeber100.com