“Neftçi” futbol klubunun təlim-məşq toplanışı çərçivəsində

15 Yanvar 2018 14:13

Xəbər 731 dəfə oxunub

“Neftçi” futbol klubunun təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi sonuncu yoxlama oyunundakı rəqibi müəyyənləşib.Azərtac kluba istinadla xəbər verir ki, komandamız yanvarın 30-da Makedoniyanın “Sileks” klubu ilə qarşılaşacaq.“Neftçi” Antalyadakı təlim-məşq toplanışı çərçivəsində yanvarın 22-də Rusiyanın “SKA-Xabarovsk”, üç gün sonra Rumıniyanın “Konkordiya” və Bolqarıstanın “Slaviya”, yanvarın 27-də isə Rusiyanın “Krılya Sovetov” klubları ilə üz-üzə gələcək.xeber100.com