“Kəpəz” futbol klubu transfer çalışmalarını davam etdirir

17 Yanvar 2018 10:25

Xəbər 1115 dəfə oxunub

Transfer çalışmalarını davam etdirən “Kəpəz” daha üç futbolçunu heyətinə qatıb.Azərtac kluba istinadla xəbər verir ki, Gəncə təmsilçisi bir yerli və iki əcnəbi oyunçu ilə güclənib.“Sarı-göylər” ukraynalı qapıçı Serqey Litovçenko, gürcü əsilli yarımmüdafiəçi Giuli Manjqaladze və digər orta xətt oyunçusu Tərzin Cahangirovla anlaşıblar.S.Litovçenko ilə mövsümün sonunadək, G.Manjqaladze və T.Cahangirovla isə bir illik müqaviləyə imza atılıb.xeber100.com