Futzal üzrə Azərbaycan millisi iki yoldaşlıq oyunu keçirəcək

18 Yanvar 2018 12:31

Xəbər 763 dəfə oxunub

Avropa çempionatının final mərhələsinə hazırlığını davam etdirən futzal üzrə Azərbaycan millisi iki yoldaşlıq oyunu keçirəcək.Azərtac AFFA-ya istinadla xəbər verir ki, yığma komandamız yanvarın 23-də və 24-də İran millisi ilə qarşılaşacaq. Bakı İdman Sarayında keçiriləcək hər iki oyun saat 21:00-da başlayacaq.xeber100.com