“Persian Cup 2018” beynəlxalq turniri keçiriləcək

18 Yanvar 2018 12:40

Xəbər 1195 dəfə oxunub

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası yanvarın 25-dən 30-dək İranın Buşehr şəhərində təşkil olunacaq “Persian Cup 2018” beynəlxalq turnirində iştirak edəcək.Azərtac AFFA-nın saytına istinadla xəbər verir ki, komandamız yanvarın 28-də, 29-da və 30-da müvafiq olaraq, İran, İspaniya və Ukrayna yığma komandaları ilə qarşılaşacaq. Millinin heyətinə Vaqif Şirinbəyov, Elçin Qasımov, İlqar Ələkbərov, İlkin Hacıyev, Amid Nəzərov, Orxan Məmmədov, Asif Zeynalov, Ramil Əliyev, Sabir Allahquluyev, Əbdül Əliyev daxil ediliblər.xeber100.com