“Qəbələ” klubu mövsümün ikinci yarısının hazırlığını davam etdirir

19 Yanvar 2018 13:29

Xəbər 1157 dəfə oxunub

“Qəbələ” futbol klubunun əvəzedicilərdən ibarət komandası 2017-2018-ci il mövsümünün ikinci yarısının hazırlığını davam etdirir.Azərtac xəbər verir ki, “qırmızı-qaralar” növbəti yoxlama oyununu keçirib. Qəbələdəki hazırlığı başa vurduqdan sonra paytaxta yollanan Emin İmaməliyevin baş məşqçisi olduğu komanda “Şüvəlan”la görüşüb. Birinci Divizion təmsilçisi ilə matç Bakıdakı “AZAL Arena”da keçirilib və qarşılaşma qolsuz heç-heçə ilə nəticələnib.Matçdan sonra birgünlük istirahətə buraxılan əvəzedicilər məşqlərini yanvarın 20-də bərpa edəcəklər. Bir gün sonra “Qəbələ” bir yoxlama matçı keçirəcək. Komanda “Keşlə”nin əvəzediciləri ilə qarşılaşacaq.Xatırladaq ki, “qırmızı-qaralar” Qəbələdə təşkil olunan ilk yoxlama oyununda “Ağsu” ilə qarşılaşıb. Həmin görüşdə birinci Divizion təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.xeber100.com