UEFA reytinqində hərəkət cədvəli açıqlanıb

19 Yanvar 2018 13:37

Xəbər 751 dəfə oxunub

Son 10 ildə Avropa ölkələrinin milli futbol çempionatlarının UEFA reytinqində hərəkət cədvəli açıqlanıb.Azərtac xəbər verir ki, ən böyük sıçrayışa nail olanlar “üçlüy”ündə Azərbaycan Premyer Liqası da yer alıb. 2008-ci ildə Premyer Liqa 42-ci sırada yer alırdısa, indi 16 pillə irəliləyərək 26-cı pilləyə yüksəlib.Qazaxıstan çempionatı da 16 pilləlik yüksəlişə nail olub. Ən yaxşı nəticəni isə 21 pillə irəliləyən Belarus göstərib. Belə irəliləyişlər hər 3 ölkə komandalarının Avropa kuboklarındakı uğurlu çıxışları ilə əlaqədardır.İlk “beşlik”də İspaniya, Almaniya, İngiltərə, İtaliya və Fransa çempionatları qərarlaşıb.xeber100.com