İtaliya çempionatında 21-ci turun növbəti görüşləri keçirilib

22 Yanvar 2018 12:29

Xəbər 760 dəfə oxunub

Yanvarın 21-də futbol üzrə İtaliya çempionatında 21-ci turun növbəti görüşləri keçirilib.Azərtac xəbər verir ki, turun mərkəzi matçı Milan şəhərində “İnter” ilə “Roma” klubları arasında oynanılıb. Son oyunlarda uğursuz nəticələr əldə edən “İnter” klubu bu dəfə də qələbə qazana bilməyib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. “Roma” klubu Əl Şəravinin vurduğu qolla ilk hissəni hesabda irəlidə bitirib. Matçın 86-cı dəqiqəsində isə Vesino “İnter”in bərabərlik qolunu vurub.Bu nəticədən sonra “İnter” 43 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Roma” klubu isə 40 xalla beşincidir.xeber100.com