“Kəpəz” futbol klubu ilk yoxlama oyununa çıxıb

23 Yanvar 2018 12:43

Xəbər 866 dəfə oxunub

Türkiyədə təlim-məşq toplanışında olan Gəncənin “Kəpəz” futbol klubu ilk yoxlama oyununa çıxıb.Azərtac xəbər verir ki, “sarı-göylər”in rəqibi Rumıniyanın “Viitorul” klubu olub. Matç 1:1 hesabı ilə yekunlaşıb. Rumıniya təmsilçisi ilə görüşdə gəncəlilərin qolunu kapitan Şəhriyar Rəhimov vurub.Komandamız növbəti yoxlama matçında Koreya Respublikasının “Daejeon Citizen” klubu ilə qarşılaşacaq. Bu oyun yanvarın 25-də keçiriləcək.xeber100.com