Cüdo üzrə “Böyük Dəbilqə” yarışları keçiriləcək

23 Yanvar 2018 12:47

Xəbər 946 dəfə oxunub

Gələn ay Fransanın paytaxtı Parisdə və Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə “Böyük Dəbilqə” yarışları keçiriləcək. Bu mötəbər turnirlərdə Azərbaycan milli komandası da mübarizə aparacaq.Bu barədə Azərtac-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.Baş məşqçi Ruslan Maşurenkonun rəhbərliyi ilə cüdoçularımız hazırda Bakı Olimpiya Stadionundakı təlim-məşq bazasında beynəlxalq yarışlara hazırlaşırlar.Ölkəmizi “Böyük Dəbilqə” turnirində Tərlan Kərimov, İlqar Müşkiyev (hər ikisi 66 kq), Fəqan Quluzadə (81 kq), Rüfət İsmayılov, Əbdülhəqq Rəsullu (hər ikisi 90 kq), Zelim Kotsoyev (100 kq), Bazarakça Erdenabat (48 kq), Buyankişiq Purevsuren (52 kq), İçinkorlo Munktsedev (57 kq), İrina Kindzerska (+78 kq) təmsil edəcəklər.xeber100.com