“Real Madrid” futbol komandası “Leqanes”i qəbul edib

25 Yanvar 2018 14:28

Xəbər 1346 dəfə oxunub

“Real Madrid” futbol komandası İspaniya kubokunun dörddəbir final mərhələsinin cavab qarşılaşmasında “Leqanes”i qəbul edib.Azərtac xəbər verir ki, qonaqlar matçın 31-ci dəqiqəsində Xavyer Erasonun qolu ilə hesabı açıblar. Meydan sahibləri görüşün ikinci hissəsində hesabı bərabərləşdirməyə nail ola biliblər. Kral klubunun futbolçusu Kərim Benzema 51-ci dəqiqədə fərqlənib. Bu qoldan dörd dəqiqə sonra Qabriel ikinci topu “Real”ın qapısından keçirib. Matç qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.Komandalar arasında ilk oyun “Real Madrid”in 1:0 hesablı qələbəsi ilə başa çatıb.Beləliklə, səfərdə vurulan qolların hesabına “Leqanes” komandası İspaniya kubokunun yarımfinalına yüksəlib.Qeyd edək ki, “Real Madrid” ardıcıl 4 mövsümdür İspaniya kubokunun yarımfinalına vəsiqə qazana bilmir. Bu müddət ərzində mükafata “Barselona” sahib olub.xeber100.com