Qılıncoynatma Federasiyasının məlumatı

26 Yanvar 2018 08:59

Xəbər 882 dəfə oxunub

Qılıncoynadanımız Kənan Əliyev Almaniyanın Haydenhaym şəhərində startı verilən və 317 idmançının qatıldığı dünya kuboku yarışlarına uğurlu start verib.Azərbaycan Qılıncoynatma Federasiyasından Azərtac-a bildirilib ki, şpaqa növü üzrə yarışan idmançımız qrup mərhələsində keçirdiyi 6 görüşün hamısını qalib başa vurub. Təmsilçimiz macarıstanlı, belçikalı, isveçrəli, kolumbiyalı, avstriyalı və venesuelalı rəqiblərini məğlub edərək qrupu lider kimi tamamlayıb. Bu nəticə təmsilçimizə birbaşa 1/32 finala vəsiqə qazandırıb.Bu mərhələnin görüşləri yanvarın 26-da keçiriləcək.xeber100.com