Boks üzrə Azərbaycan çempionatına start veriləcək

26 Yanvar 2018 09:02

Xəbər 916 dəfə oxunub

Bu gün böyüklər arasında boks üzrə Azərbaycan çempionatına start veriləcək. Boks Mərkəzində təşkil olunacaq yarışda 10 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.Azərbaycan Boks Federasiyasından Azərtac-a bildiriblər ki, çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 39 komandanın 203 kişi idmançısı qatılacaq.Qaliblərin adına isə yanvarın 30-da aydınlıq gələcək.Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.xeber100.com