“Sumqayıt” futbol klubu növbəti yoxlama oyununu keçirib

29 Yanvar 2018 11:47

Xəbər 1040 dəfə oxunub

Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt” futbol klubu növbəti yoxlama oyununu keçirib.Azərtac xəbər verir ki, komandamız Makedoniya təmsilçisi “Akademiya Pandev” klubu ilə qarşılaşıb.Matçın 30-cu dəqiqəsində Vurğun Hüseynovun qolu ilə “Sumqayıt” hesabda önə keçsə də, 44-cü dəqiqədə Aleksandar Mişov hesabda tarazlığı bərpa edib. Beləliklə, oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.Qeyd edək ki, “Sumqayıt” növbəti yoxlama görüşünü yanvarın 31-də Rusiya Premyer Liqası təmsilçisi “Anji”yə qarşı keçirəcək.xeber100.com