Pxençan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarını izləmək üçün 21 ölkənin və bir neçə beynəlxalq təşkilatın rəhbər şəxsləri Cənubi Koreyaya səfər edəcək. Onlardan 16 nəfəri isə açılış mərasiminə qatılacaq.Azərtac “Pxençan-2018”in təşkilat komitəsinə istinadla xəbər verir ki, rəhbər şəxslər arasında BMT-nin baş katibi Antonio Quterreş, Almaniya prezidenti Frank-Valter Ştaynmayer, Yaponiyanın Baş naziri Şinzo Abe, ABŞ-ın vitse-prezidenti Mayk Pens, İsveç kralı Karl Qustav, İsveçrə prezidenti Alain Berset, habelə Sloveniya, Polşa, Slovakiya, Litva, Estoniya və Latviyanın dövlət başçıları, Norveç, Danimarka, Lixtenşteyn və Finlandiyanın baş nazirləri, Monako knyazı, Danimarkanın şahzadə vəliəhdi, Kanadanın general-qubernatoru və digərləri var.Qeyd edək ki, “Pxençan-2018” Qış Olimpiya Oyunları fevralın 9-25-də keçiriləcək. Bu, Cənubi Koreyanın ev sahibliyi etdiyi ilk Qış Olimpiya Oyunları, ümumilikdə isə ikinci Olimpiya Oyunlarıdır. Paytaxt Seulda 988-ci ildə Yay Olimpiya Oyunları təşkil edilmişdi.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…