Tata Steel Chees festivalı çərçivəsində keçirilən şahmat turniri başa çatıb

30 Yanvar 2018 12:54

Xəbər 819 dəfə oxunub

Veyk-an-Zee şəhərində 80-ci Tata Steel Chees festivalı çərçivəsində keçirilən şahmat super turniri norveçli dünya çempionu Maqnus Karlsenin qələbəsi ilə başa çatıb. Yarışda ən güclü qrossmeysterlər, o cümlədən azərbaycanlı Şəhriyar Məmmədyarov iştirak edib.Azərtac xəbər verir ki, sonuncu – 13-cü turda rusiyalı Vladimir Kramnik hindistanlı Başkaran Adhibanı, amerikalı Uesli So isə çinli Hou Yifanı məğlub edib. Qalan partiyalar heç-heçə nəticələnib. Rusiyalı Sergey Karyakin və Maqnus Karlsen, Maksim Matlakov və ingilis Haveyn Cons, Pyotr Svidler və amerikalı Fabiano Karuana, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov və hindistanlı Vişvanatan Anand, çinli Vey İ və hollandiyalı Aniş Giri xalları yarı bölüblər.Turnirin son nəticələrinə görə, Maqnus Karlsen və Aniş Giri 13 mümkün xaldan 9 xal toplayıblar. Birinci yer uğrunda tay-brekdə norveçli 1,5:0,5 hesabı ilə qalib gəlib və altıncı dəfə Veyk-an-Zee super turnirinin qalibi olub. O, 2008, 2010, 2013, 2015 və 2016-cı illərdə birinci yeri tutub. Turnir 1938-ci ildən Niderlandda keçirilir.Vladimir Kramnik və Şəhriyar Məmmədyarov birinci və ikinci mükafatçılardan yarım xal geri qalıblar. Əlavə göstəricilərə görə, 14-cü dünya çempionu üçüncü, Azərbaycan təmsilçisi isə dördüncü yeri tutublar.Turnirin yekunlarına görə, azərbaycanlı qrossmeyster Vüqar Həşimovun xatirəsinə təsis olunmuş “Fair Play” mükafatları təqdim edilib. Mükafatların sahiblərini Vüqarın qardaşı Sərxan Həşimov, turnirin direktoru Yerun van den Berq və yarışın baş hakimi Pavel Votrubanın daxil olduğu jüri müəyyən edib. Baş turnirin iştirakçısı, rusiyalı Vladimir Kramnik və ikinci dərəcəli yarışın iştirakçısı, hollandiyalı Ervin Lyami həmin mükafata layiq görülüblər. Şahmatçılar mərhum qrossmeysterin qardaşına təşəkkür ediblər. Qeyd edək ki, mükafatın təşkilatçılara, tamaşaçılara, mətbuat nümayəndələrinə və əlbəttə, rəqiblərə mütəmadi olaraq hörmətlə yanaşanlara verilməsi qərara alınıb.Bundan başqa, daha iki mükafat təqdim edilib. Onlardan birini şahmatçılar adından Sərxan Həşimov turnirdəki 35 illik fəaliyyətinə görə turnirin direktoru Yerun van den Berqə təqdim edib.Tata Steel şirkətinin İdarə Heyətinin sədri Teo Henrara da şahmata verdiyi dəstəyə görə Vüqar Həşimov adına mükafat təqdim edilib.Bütün mükafatlar Vüqar Həşimov adına Şahmat Fondu tərəfindən təsis edilib.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02