Cari ilin ralli mövsümünə Monte-Karloda start verilib.Azərtac Azərbaycan Avtomobil Federasiyasına istinadən xəbər verir ki, dünya çempionatının ilk mərhələsində finiş xəttinə hamıdan tez “M-Sport” komandasının üzvü Sebastyen Ojye çatıb. Həlledici final çıxışında fransalı pilot 4 saat 18 dəqiqə 55,5 saniyə nəticə göstərib. Bu nəticə ilə o, ikinci və üçüncü yerlərin sahibi Ott Tyanakı 58.3 saniyə, Yari-Matti Latvalanı isə 1 dəqiqə 52 saniyə geridə qoyub.Bu, S.Ojyenin Monte-Karloda ardıcıl beşinci qələbəsidir və doğma trassda birinci olmaqla fransalı pilot ümumi nəticədə də liderliyi ələ keçirib.Qeyd edək ki, ralli üzrə dünya çempionatının növbəti mərhələsi fevralın 15-dən 18-dək İsveçdə təşkil olunacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…