“Lids” futbol klubu emblemindən imtina edib

31 Yanvar 2018 14:10

Xəbər 1121 dəfə oxunub

İngiltərənin “Lids” futbol klubu bir həftə əvvəl təqdim olunmuş emblemindən imtina edib.Azərtac xəbər verir ki, klub azarkeşlərlə əlavə məsləhətləşmələr aparacaq və yeni variant təqdim edəcək. Klubun yeni emblemdən imtinasının səbəbi azarkeşlərin mənfi münasibətidir. Bu emblemə qarşı petisiyanı 77 mindən çox azarkeş imzalayıb.xeber100.com