“Mançester Yunayted” futbol klubu yeni müqavilə bağlayıb

31 Yanvar 2018 14:45

Xəbər 799 dəfə oxunub

İngiltərənin “Mançester Yunayted” futbol klubunun hücumçusu Zlatan İbrahimoviç ABŞ-ın “Los-Anceles Qelaksi” komandası ilə müqavilə bağlayıb.Azərtac sport-express.ru saytına istinadən xəbər verir ki, isveçli hücumçu sözləşməni yanvarın əvvəlində imzalayıb. Onun “qırmızı şeytanlar”la hazırkı anlaşması bu ilin iyununadək nəzərdə tutulub. Bu səbəbdən, 36 yaşlı forvardın cari mövsümün sonunda MLS klubuna keçəcəyi ehtimal olunur.Transfer baş tutsa İbrahimoviç Amerika liqasının ən yüksək ödənişli oyunçusu olacaq. Təcrübəli hücumçu 7,7 milyon dollar qazanacaq.Qeyd edək ki, Z.İbrahimoviç cari mövsümdə 7 oyunda meydana çıxıb və bir dəfə fərqlənib.xeber100.com