“Qəbələ” futbol klubu təlim-məşq toplanışında…

1 Fevral 2018 13:41

Xəbər 854 dəfə oxunub

Tbilisidə təlim-məşq toplanışında olan “Qəbələ” futbol klubunun əvəzediciləri növbəti yoxlama oyununu keçiriblər.Azərtac xəbər verir ki, “qırmızı-qaralar” qonşu ölkədəki ikinci sınağında “Saburtalo”nun əvəzediciləri ilə görüşüblər. Qarşılıqlı hücumlarla və gərgin idman mübarizəsi şəraitində keçən matçın taleyini 1 qol həll edib. Matçın 62-ci dəqiqəsində meydan sahiblərinin qapısına yol tapan Vüsal Rzayev “Qəbələ”yə qələbə qazandırıb – 1:0.Baş məşqçi Emin İmaməliyevin baş məşqçisi olduğu komanda Gürcüstanda növbəti oyununu fevralın 1-də keçirəcək. “Qırmızı-qaralar” Tbilisi “Lokomotiv”inin əvəzediciləri ilə qarşılaşacaqlar.Xatırladaq ki, komandamız qonşu ölkədəki ilk yoxlama oyununda “VİT-Corciya” ilə qarşılaşıb və 0:2 hesabı ilə uduzub.xeber100.com