FİFA milli komandaların növbəti reytinq siyahısını açıqlayıb

5 Fevral 2016 16:02

Xəbər 1246 dəfə oxunub

Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması 116-cı pillədə yer alıb.Hesabında 296 xal olan komandamız yanvarın 7-də açıqlanan cədvəldəki mövqeyini qoruyub. Robert Prosineçkinin yetirmələri bu müddətdə heç bir rəsmi matça çıxmayıb.

Millimiz və “qonşuları”

111 (105). Anqola – 306

112 (111). Mərkəzi Afrika Respublikası – 302

113 (113). Çad – 301

114 (115). Aruba – 298

114 (117). Türkmənistan – 298

116 (116). AZƏRBAYCAN – 296

117 (121). Syerra-Leone – 290

118 (119). Sent-Kitts və Nevis – 289

119 (110). Burundi – 288

120 (121). Tailand – 286

120 (120). Gürcüstan – 286

Dünyanın ən güclü 10 komandasının tərkibində isə heç bir dəyişiklik olmayıb. Planetin nəhəngləri mövqelərini qoruyub. Yalnız Çilinin xal hesabında artım olub.

İlk “onluq”

1 (1). Belçika – 1494
2 (2). Argentina – 1455

3 (3). İspaniya – 1370
4 (4). Almaniya – 1347
5 (5). Çili – 1293

6 (6). Braziliya – 1251

7 (7). Portuqaliya – 1219

8 (8). Kolumbiya – 1211

9 (9). İngiltərə – 1106

10 (10). Avstriya – 1091

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Almaniya və San-Marinonun yeri və xalı dəyişməz qalıb. Çexiya və Şimali İrlandiya isə Fil Dişi Sahilinin geriləməsi hesabına 1 pillə irəliləyib. Digər rəqiblərimizdən fərqli olaraq, xal hesabı da artan Norveç isə 4 addım irəliləyib.

DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu

4 (4). Almaniya – 1347

25 (26). Çexiya – 860

29 (30). Şimali İrlandiya – 825

50 (54). Norveç – 597
198 (198). San-Marino – 28

Qeyd edək ki, qonşu Türkiyə yığması siyahıda 933 xalla 20-ci yerdə qərarlaşıb. “Ay-ulduzlular” da Fil Dişi Sahilini keçib.