Həndbol üzrə beynəlxalq turnirə start verilib

8 Fevral 2018 13:23

Xəbər 883 dəfə oxunub

Rusiyanın Krasnodar şəhərində həndbol üzrə beynəlxalq turnirə start verilib.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildiriblər ki, gələn il Bakıda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalına hazırlıq məqsədilə 2002-2003-cü il təvəllüdlü qızlardan ibarət yığma komandamız turnirdə iştirak edir.Turnirə fevralın 12-də yekun vurulacaq.xeber100.com