“Kəpəz” klubu qış transferi dövründə

9 Fevral 2018 12:19

Xəbər 864 dəfə oxunub

“Kəpəz” klubu qış transfer dövründə heyətinə daha iki əcnəbi futbolçu qatıb.Azərtac kluba istinadla xəbər verir ki, “sarı-göylər” Trinidad və Tobaqodan olan hücumçu Şadon Vinçester və ukraynalı müdafiəçi İqor Korotetskiy ilə müqavilə bağlayıblar. Hər iki oyunçu mövsümün sonunadək Gəncə klubunda çıxış edəcək.İ.Korotetskiy azad agent kimi komandaya keçib, Vinçester isə Meksikanın “Murselaqos” klubundan icarəyə götürülüb.xeber100.com