“Zirə” futbol klubu yeni müqavilə imzalayıb

9 Fevral 2018 12:57

Xəbər 773 dəfə oxunub

“Zirə” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.Azərtac kluba istinadla xəbər verir ki, Bakı təmsilçisi makedoniyalı Yani Urdinovla anlaşıb. Onunla 6 aylıq müqavilə bağlanılıb.İyirmi altı yaşlı müdafiəçi cari mövsümün sonunadək Çexiyanın “Bohemians” klubundan icarəyə götürülüb. Tərəflər arasında anlaşmaya əsasən, mövsümün sonunda futbolçunu birdəfəlik transfer etmək hüququ “Zirə”yə məxsusdur.xeber100.com