Atçılıq Mərkəzində ilk konkur yarışı keçirilib

12 Fevral 2018 14:37

Xəbər 2538 dəfə oxunub

Binə Atçılıq Mərkəzinin qapalı manejində bu ilin ilk konkur yarışı keçirilib.Azərtac federasiyanın saytına istinadən xəbər verir ki, yarış “E”, “M” və “S” kateqoriyaları üzrə təşkil olunub. “Buta Golden” kuboku uğrunda mübarizədə Azərbaycanın müxtəlif atçılıq klublarının yeniyetmə və yetkin yaş qrupları üzrə idmançıları iştirak ediblər.“E” kateqoriyası üzrə maneələrin hündürlüyü 80-85 sm olan yarışda birinci yeri atçılıq məktəbinin idmançısı Səməd Əliverdiyev “Tibet” ləqəbli atla, ikinci yeri isə eyni məktəbin təmsilçisi Ramil İbrahimov “Light Limerick” ləqəbli atla qazanıb. Üçüncü yerə “Sərhədçi” klubunun idmançısı Dünyamalı Qurbanbəyov “David” ləqəbli atla layiq görülüb.“M” kateqoriyası üzrə maneələrin hündürlüyü 120-125 sm olan yarışda ilk pilləyə “Murad” klubunun idmançısı Kərim Abdullayev “Clima” ləqəbli atla yüksəlib. İkinci yerə “Sərhədçi” klubunun idmançısı Sənan Məmmədov “Misir” ləqəbli atla, üçüncü yeri isə “Buta Golden” klubunun idmançısı “Yahor Morotski Astrello” ləqəbli atla qazanıb.Günün sonuncu “S” kateqoriyası üzrə maneələrin hündürlüyü 130-140 sm olan final yarışında birinci yeri və “Buta Golden” Kubokunu “Sərhədçi” klubunun idmançısı Seyid Musayev “Nabab De Belou” ləqəbli atla qazanıb. İkinci pillədə “Murad” klubunun idmançısı Kərim Abdullayev “Clima” ləqəbli atla, üçüncü yerdə isə “Elite Horse and Polo Club”-un idmançısı Elmar Abdullayev “Cera 59” ləqəbli atla qazanıb.Kubokun ikinci mərhələsi komandalararası keçirilib. “Sərhədçi”, “Elite Horse and Polo Club”, “Atçılıq” məktəbi və “Royal Riding” komandaları “Buta Golden” kuboku uğrunda mübarizə aparıblar.“E”, “M” və “S” kateqoriyaları üzrə təşkil olunan oyunda “Buta Golden” kubokunu Sərhədçi Atçılıq klubunun idmançıları qazanıblar. İkinci yer və bürünc medal isə “Elite Horse and Polo Club” tərəfindən qazanılıb.Təkrar sıçrayışda fərdi mübarizə aparan idmançılardan “Murad” Klubunun idmançısı Anar Hümbətov “D’Amour” ləqəbli atla birinci, Sərhədçi Klubunun idmançısı Sənan Məmmədov “Misir” ləqəbli atla ikinci, Murad Klubunun idmançısı Kərim Abdullayev “Clima” ləqəbli atla üçüncü yerə yüksəlib.Qeyd edək ki, turnirin ümumi mükafat fondu 5000 AZN təşkil edib.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02