Stolüstü Tennis Federasiyasının məlumatı

12 Fevral 2018 14:59

Xəbər 763 dəfə oxunub

Fevralın 12-13-də Çexiyanın Xodonin şəhərində Gənclər üzrə Olimpiya Oyunlarının Avropa təsnifat turniri keçiriləcək.Azərbaycan Stolüstü Tennis Federasiyasından Azərtac-a bildirilib ki, 33 oğlan və 29 qız tennisçinin qatıldığı turnirdə qalib gələn dörd idmançı 2018 Buenos–Ayres Gənclər üzrə Olimpiya Oyunlarına lisenziya qazanacaq. Bu yarışda Azərbaycanı bir oğlan tennisçi təmsil edir.Xatırladaq ki, noyabr 3-5-də 2017-ci ildə Xorvatiyanın Split şəhərində keçirilən Avropa təsnifat turnirində qız tennisçimiz ilk lisenziyamızı qazanıb.xeber100.com