Həndbol üzrə açıq Bakı birinciliyi keçirilib

13 Fevral 2018 14:25

Xəbər 845 dəfə oxunub

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə “ABU Arena”da həndbol üzrə 10 komandanın iştirakı ilə 2002-2003-cü il təvəllüdlü yeniyetmələr arasında açıq Bakı birinciliyi keçirilib.BŞGİBİ-dən Azərtac-a bildiriblər ki, yarışda 12 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandası qalib olub. “Mingəçevir” yarışın gümüş, “Qazax” isə bürünc medalını əldə edib.Mükafatçılara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri təqdim olunub.xeber100.com