“Qəbələ” idman klubu yeni müqavilə imzalayıb

14 Fevral 2018 13:30

Xəbər 788 dəfə oxunub

Azərbaycanın və “Qəbələ” idman klubunun döyüşçüsü Hüseyn Əliyev yeni müqavilə imzalayıb.Azərtac kluba istinadla xəbər verir ki, MMA döyüşlərində iştirak edən idmançımız “Golden Team Championship” (GTC) promouter təşkilatı ilə anlaşıb.H.Əliyev Rusiya şirkətinin təşkil etdiyi döyüşlərdə iştirak edəcək. Artıq ilk belə döyüşün tarixi də dəqiqləşib. İdmançımız GTC Liqasında ilk sınağına martın 10-da Rusiyanın paytaxtı Moskvada çıxacaq.xeber100.com