Milli komandaların növbəti reytinq cədvəli açıqlanıb

15 Fevral 2018 12:33

Xəbər 679 dəfə oxunub

FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.Azərtac AFFA-nın saytına istinadən xəbər verir ki, millimiz ötən ayla müqayisədə bir pillə geriləyib.Yığma komandamız 275 xalla 119-cu yerdə qərarlaşıb.Qeyd edək ki, cədvələ 1602 xalla Almaniya başçılıq edir. Braziliya 1482 xalla ikinci, Portuqaliya isə 1358 xalla ilk üçüncü pillədə qərarlaşıblar.xeber100.com