İngiltərə Premyer Liqasının yayım hüququnun bir qismi satılıb

15 Fevral 2018 13:28

Xəbər 885 dəfə oxunub

Futbol üzrə İngiltərə Premyer Liqasının 2019-2022-ci illəri əhatə edən 3 mövsümlük yayım hüququnun bir qismi 4,464 milyard funt sterlinqə satılıb.Azərtac xəbər verir ki, yeddi paketdən 4-ünü (128 oyun) “Sky Sports” əldə edib. Bir paketi isə (32 oyun) “BT Sport” alıb. Digər iki paket hələlik satılmayıb.Qeyd edək ki, 2019-cu ilədək qüvvədə olan 3 illik teleyayım hüququnun dəyəri 5,14 milyard funt sterlinq təşkil edir.xeber100.com