Tennis üzrə Azərbaycan çempionatı keçiriləcək

16 Fevral 2018 14:02

Xəbər 740 dəfə oxunub

Fevralın 20-23-də stolüstü tennis üzrə Azərbaycan çempionatı keçiriləcək. Gənclər və İdman Nazirliyinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə keçiriləcək çempionat 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunacaq.Azərbaycan Stolüstü Tennis Federasiyasından Azərtac-a bildiriblər ki, çempionatda respublikanın şəhər və rayonlarından 120-dən çox idmançı iştirak edəcək. Şəxsi, komanda, qoşa və qarışıq qoşa dərəcələri üzrə yarışlarda Bakı, Sumqayıt, Şəki, Şirvan, Salyan, Gədəbəy, Samux və digər rayonların tennisçiləri mübarizə aparacaqlar.xeber100.com