Formula-1 yarışı ilə əlaqədar seminarlar keçiriləcək

16 Fevral 2018 14:06

Xəbər 710 dəfə oxunub

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) Azərbaycan Avtomobil Federasiyası (AAF) ilə birlikdə regionlarda avtoidman üzrə maarifləndirmə ayı çərçivəsində “Sənin sürət formulan” şüarı altında simulyatorda Formula-1 (F1) çempionatı keçirəcək. Çempionat çərçivəsində, həmçinin yol hərəkəti təhlükəsizliyinə dair seminarlar da təşkil olunacaq.Azərtac xəbər verir ki, layihənin məqsədi Azərbaycanın regionlarında gənclər arasında F1 və yol hərəkəti təhlükəsizliyi haqqında məlumatlılığı artırmaqdır. Fevralın 19-dan martın 10-dək davam edəcək layihə çərçivəsində keçiriləcək çempionat və seminarlarda Lənkəran, Şirvan, Füzuli, Mingəçevir, Qax və Qubanın yuxarı sinif şagirdləri iştirak edəcəklər.Çempionatın ilk mərhələsində hər regiondan bir qalib seçiləcək. Həmin qaliblər Novruz bayramı ərəfəsində Bakıda təşkil olunacaq final turunda yarışacaqlar. Yarışın sonunda qaliblərlə yanaşı, final mərhələsinin digər iştirakçılarına da sertifikat və qiymətli hədiyyələr təqdim olunacaq.xeber100.com