“Heydər Əliyev Kuboku” uğrunda mini-futbol turniri başa çatıb

23 May 2016 11:50

Xəbər 789 dəfə oxunub

Rusiya paytaxtında keçirilən “Heydər Əliyev Kuboku” uğrunda mini-futbol turniri başa çatıb. Apa-nın Moskva müxbirinin verdiyi məlumata görə, turnirin final mərhələsi Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin İdman Kompleksində keçirilib. Turnirin qalibi AMOR-un Tula vilayəti üzrə regional bölməsinin komandası olub. İkinci yeri Ümumrusiya Dövlət Ədliyyə Universitetinin komandası, üçüncü yerləri isə AMOR-un Kaluqa vilayət üzrə regional bölməsi və Moskva Dövlət Humanitar-İqtisad Universitetinin komandaları tutublar. Sonda birinci yerin sahibinə “Heydər Əliyev kuboku” və qızıl medallar təqdim olunub. Digər yerlərin qaliblərinə müvafiq olaraq gümüş və bürünc medallar və AMOR rəhbəri adından hədiyyələr təqdim edilib. Qeyd edək ki, turnir 2009-cu ildən etibarən hər il Heydər Əliyevin doğum günü ərəfəsində təşkil olunur.xeber100.com