İngiltərə Federasiya Kuboku 1/8 final mərhələsində

17 Fevral 2018 16:39

Xəbər 864 dəfə oxunub

İngiltərə Federasiya Kubokunda 1/8 final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, bu gün 2 qarşılaşma baş tutub. “Lester” öz meydanında “Şeffild Yunayted”i Ceymi Vardinin yeganə qolu sayəsində məğlub edib. Digər görüşdə isə “Çelsi” “Hall Siti”yə çətinlik çəkmədən qalib gəlib – 4:0.Bu qələbə sayəsində “Çelsi” və “Lester” adlarını 1/4 final mərhələsinə yazdırıblar.
İngiltərə Federasiya Kuboku
1/8 final
“Lester” – “Şeffild Yunayted” – 1:0
Qol: Vardi, 66
“Çelsi” – “Hall Siti” – 4:0
Qollar: Villian, 2, 32; Pedro, 27; Jiru, 42
Qeyd edək ki, mərhələnin digər oyunları fevralın 17-18-də keçiriləcək.xeber100.com