Tayboks üzrə açıq Bakı turniri keçirilib

20 Fevral 2018 13:53

Xəbər 1136 dəfə oxunub

Şağan Olimpiya İdman Kompleksində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş tayboks üzrə açıq Bakı turniri keçirilib.Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən (BŞGİBİ) Azərtac-a bildiriblər ki, yeniyetmələr, gənclər və kişilər arasında keçirilən yarışda 162 idmançı qüvvəsini sınayıb.Yeniyetmələrin yarışında Xəyal Əliyev (42 kq), Nihad Qasımov (45 kq), Hafiz Qəfərov (48 kq), Şahin Əliyev (51 kq), Elçin Qasımov (54 kq), Ceyhun Hüseynov (57 kq), Vüsal Göyüşov (60 kq), Seymur Səfərov (63,5 kq), Allahverən İbrahimov (67 kq), Arif Əliyev (67 kq-dan yuxarı), gənclər arasında Xalif Aslanov (45 kq), Musa Nuruzadə (48 kq), Seyidrza Hüseynov (51 kq), Cəmil Məmmədov (54 kq), Rasif Dədəcanov (57 kq), Murad Mehrəliyev (60 kq), Seymur Teymurov (63 kq), Vüsal Əliyev (67 kq), Rəvan Ağazadə (71 kq), Telman Həsənov (71 kq-dan yuxarı), kişilərin mübarizəsində isə İsmayıl Səfiyev (54 kq), Vüsal Əliyev (57 kq), Rəvan Haşımov (60 kq), Rahib Cəlilov (63,5 kq), Orxan Babayev (67 kq), Onur Şərifov (71 kq), Fərid Quliyev (75 kq), Nizami Əliyev (81 kq), Nihad Şoranov (86 kq) və Rəfael Məmmədov (86 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.Qaliblərə BŞGİBİ tərəfindən diplom və xatirə hədiyyələri təqdim olunub.xeber100.com