UEFA Çempionlar Liqasının növbəti oyunları keçiriləcək

20 Fevral 2018 13:55

Xəbər 769 dəfə oxunub

Fevralın 20-də futbol üzrə UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin növbəti oyunları keçiriləcək.Azərtac xəbər verir ki, günün mərkəzi görüşündə İngiltərə təmsilçisi “Çelsi” doğma meydanda İspaniyanın “Barselona” klubunu qəbul edəcək. Bu komandalar sonuncu dəfə 2015-ci ildə qarşılaşıblar. Çempionlar Liqasının yarımfinal mərhələsinə təsadüf edən görüşdə “Çelsi” öz meydanında 1:0 hesablı qələbə qazandığı halda, cavab oyununda 2:2 hesablı heç-heçə edərək finala vəsiqə qazanıb.Günün digər oyununda isə Türkiyənin “Beşiktaş” klubu səfərdə Almaniyanın “Bavariya” komandasının qonağı olacaq.Hər iki görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.xeber100.com